Milli mətbuatımızın 140 illik yubileyi qeyd olunub

Milli mətbuatımızın 140 illik yubileyi qeyd olunub
Vətəninfo.az  AZƏRTAC-a istinadla xəbər verir ki, AAB-nin mətbuat xidmətinin rəhbəri Musa Nəbioğlu qurumun sədri, xalq şairi Zəlimxan Yaqubun adından tədbir iştirakçılarını salamlayaraq jurnalistlərin peşə bayramını təbrik edib.
Çıxış edənlər Azərbaycan mətbuatının yaranma tarixi, keçdiyi çətin və şərəfli yol, ölkəmizdə mətbuata göstərilən dövlət dəstəyi barədə danışıblar.
Ölkə başçısının mətbuata göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığı bildirilib.
Tədbirdə bir qrup jurnalistə AAB tərəfindən ilk dəfə təsis olunan Azərbaycan Aşıqlar Birliyinin diplomları təqdim olunub.
Mükafatlandırılanlar sırasında AZƏRTAC-ın əməkdaşı da var.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az