Jurnalistin ölüsü tapılıb-Sankt Peterbuqrdakı mənzilində

Jurnalistin ölüsü tapılıb-Sankt Peterbuqrdakı mənzilində


Rusiyada tanınmış müstəqil jurnalist Dmitry Tsilikin Sankt Peterbuqrdakı mənzilində ölü tapılıb.

Polisin məlumatına görə, aprelin 1-də 54 yaşlı Tsilikinin çoxsaylı bıçaq zərbələri vurulmuş cəsədi aşkarlanıb.

Polis jurnalistin azı 2 gündür öldüyünü bildirir. Onun dizüstü kompüteri və mobil telefonu yoxa çıxıb.

Polis hələlik şübhəli bir şəxsin olmadığını, araşdırma getdiyini deyir.

Tsilikin tanınmış jurnalist idi, mədəniyyət və musiqidən yazırdı. O, müstəqil media orqanlarında sosial mövzular, mülki hüquqlardan da yazırdı. Yazıları "Chas Pik",  Kommersant, The Moscow News, Vedomosti qəzetlərində dərc olunurdu.

2001-2003-cü illərdə Rusiyanın RTR televiziyasında iki populyar proqramın aparıcısı olub. O, AzadlıqRadiosunun rus xidmətinin hazırladığı dəyirmi masa müzakirələrində, digər proqramlarda da tez-tez iştirak edirdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az