“Jurnalistlər binası”ndan verilən mənzillər geri alınacaq? - AÇIQLAMA

“Jurnalistlər binası”ndan verilən mənzillər geri alınacaq? - AÇIQLAMA

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti araşdırılır və istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək. 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib. 

"Bu işlə əlaqədar olaraq intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir. İstintaq sirri olduğundan, hazırda məlumat verə bilmərik. İstintaqın gedişatından asılı olaraq, ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə Baş prokurorluqdan bildirdilər.    

Qeyd edək ki, Bakupost.az-ın məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir-neçə dəfə dindirilib. Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər "Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş kriteriyalara uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır. Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az