Kadırov: "Bayraqdar" çeçen döyüşçülərini dayandıra bilməz

Kadırov:

Bu gün çeçen xüsusi təyinatlılarının qorxmaz komandanı Ukraynada növbəti yaşayış məntəqəsinin "azad edilməsi” barədə mənə məlumat verdi.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

"Bir nəfər də olsun yerli sakin çeçen döyüşçülərinə zərrə qədər belə qəzəb bildirməyib. Əksinə, əhali hər zaman döyüşçülərimizi böyük qonaqpərvərlik və mehribanlıqla qarşılayır", - Kadırov yazıb.

O əlavə edib ki, nə atıcı silahlar, nə minaatanlar, nə də "Bayraqdar”lardan açılan ağır atəşlər çeçen xüsusi təyinatlılarının irəliləyişini ləngidə bilməz.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az