Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) təşəbbüsü ilə Türkiyənin Karabük Universitetində “Türkiyə-Azərbaycan Elm və Dostluq Guşəsi”nin açılışı olub. APA-nın məlumatına görə, Guşədə Azərbaycan tarixi, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ problemi, uydurma erməni iddiaları, Azərbaycanın keçdiyi inkişaf yolu, Cənubi Qafqazdakı etnik münaqişələr, problemlər və əməkdaşlıq imkanları barədə kitablar, mövzu ilə bağlı məqalələrin dərc olunduğu jurnallar və elektron resurslar nümayiş etdirilib. Universitetin kitabxanasında açılan guşə daimi xarakter daşıyacaq.
Guşənin açılışından sonra isə “100-cü ilində soyqırım iddiaları” adlı konfrans keçirilib. Konfransda Karabük Universitetinin müəllimləri Ersin Müezzinoğlu və Umut Kedikli çıxış edib. Universitetin tələbə-müəllim heyətinin marağına səbəb olan tədbirdə ermənilər tərəfindən ortaya atılan iddiaların əsassızlığı və əsl qətliamların Tüklərə qarşı törədildiyi qeyd olunub.
Tədbir Türkiyə mediasında geniş işıqlandırılıb. Yeni guşənin açılması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsinin davamı kimi həyata keçirilib.
APA
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”