Köçəryan: Ermənistan bu səbəbdən diz çökəcək

Köçəryan: Ermənistan bu səbəbdən diz çökəcək

Bu gün Ermənistanda qiymət artımı yalnız vergi və tarif yükünün artması ilə şərtlənmir. Onlara idxaldan irəli gələn güclü inflyasiya və dramın devalvasiyası da əlavə olunmalıdır. Ermənistanı müharibədəki məğlubiyyət və ya pandemiyanın zərbələri deyil, ölkə iqtisadiyyatının dağılması diz çökdürəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadi şərhçisi Akop Köçəryan qeyd edib.

"Ermənistanda son aylarda yalnız ərzaq qiymətləri 10% artıb. Bununla yanaşı, əhalinin gəlirləri demək olar ki, dəyişməyib. Bu, təkcə bu ilə aid deyil. Hazırki kritik vəziyyət 3 ilin nəticəsində əmələ gəlib.

Ermənistan iqtisadiyyatı pandemiya, müharibə və siyasi sahədə baş verən qarışıqlıqdan sonra dözməyərək, çox tez bir zamanda dağılacaq”, - deyə erməni ekspert qeyd edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az