Köçəryan və Sərkisyan bu dəfə Paşinyana qarşı etirazlara qatılmadı...- Marıta yatıblar...
"Deyəsən, parlamentdəki müxalif qüvvələr, Rusiya meyilli müxalifət(əsasən R.Köçəryan və S.Sərkisyanın tərəfdarları-S.L.) pusquya çəkiliblər. Dünənki etiraz aksiyasında iştirak etməyiblər, jurnalistlərin zənglərinə cavab verməyiblər”.
Moderator.az xəbər verir ki, bunu "Hraparak” qəzeti yazıb.
"Dünən İrəvanda müxtəlif ictimai-siyasi xadimlərin iştirakı ilə etiraz aksiyaları keçirilib. Azadlıq hərəkatının başlanması elan edilib. Aksiya iştirakçıları Paşinyan hökumətindən imzaya təqdim olunan sənədlərin dərc olunmasını, dəhlizin düşmənə verilməməsini və s. tələb ediblər.
Qeyd edək ki, Rusiya delimitasiya və demarkasiya ilə bağlı sənədin tərəfdarıdır. Yəqin ki, Rusiyayönlü müxalifət hələ də anti-Rusiya mövqeyi tutmamaq üçün hansı taktikanı seçəcəyini düşünür”, - deyə erməni nəşri vurğulayır.
Sultan Laçın