Keçmiş nazirin qohumları da işdən qovuldu

Keçmiş nazirin qohumları da işdən qovuldu
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslüomovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.

Bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirn müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar: "Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib”.
Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az