Kərəm Həsənovun Samuxda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kərəm Həsənovun Samuxda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbul martın 14-də keçiriləcək.
Qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və ya (012) 490 24 08 (Komitənin Aparatı: daxili 105 və 349) nömrələri ilə əlaqə saxlaya bilərlər. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az