“Kəşfiyyat orqanlarında ciddi istalahlar aparılacaq”- MİT HƏDƏFDƏ

“Kəşfiyyat orqanlarında ciddi istalahlar aparılacaq”- MİT HƏDƏFDƏ

"Türkiyənin xüsusi xidmət və milli kəşfiyyat orqanlarında ciddi istalahlar aparılacaq”
Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bunu baş nazir Binəli Yıldırıb deyib.
 
O bildirib ki, islahatlar Türkiyənin kəşfiyyat sisteminin təkmilləşdirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edəcək. B.Yıldırım əlavə edib ki, hələ yeni kəşfiyyat modeli təyin olunmayıb:
"Ölkənin kəşfiyyat sistemi üçün hansı modelin tətbiq ediləcəyi barədə danışmaq hələ ki, tezdir”.
 
Xatırladaq ki, Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişinə cəhddən sonra ölkə başçısı R.T.Ərdoğan və baş nazir Binəli Yıldırım bəyənatlarında ölkənin əsas xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) səriştəsizliyini və zamanında hadisələri qabaqlaya bilmədiklərini deyiblər.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az