Kəşmirdə müsəlmanlar ayağa qalxdı: 15 ölü

Kəşmirdə müsəlmanlar ayağa qalxdı: 15 ölü
Hindistanın Kəşmir və Cammu vilayətlərində müsəlman etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada 15 nəfər həlak olub, 200-dən çoxu isə yaralanıb.
 
Axar.az xəbər verir ki, bu barədə "NTDV” məlumat yayıb
 
Məlumata görə, "Hizbul-Mücahid” qruplaşmasının fəalı Burxan Müzərrəf və daha 2 aktivistin bir neçə gün əvvəl polislə toqquşmada öldürülməsinə etiraz olaraq əhali hökumətə qarşı etirazlara başlayıb.
 
Məlumata görə, yüzlərlə müsəlman etirazçı polis məntəqələrinə və etnik azlıqların nümayəndəliklərinə hücum edib.
 
Hökumət qüvvələrinin etirazçıların qarşısını almaqda çətinlik çəkdiyi bildirilib.
 
Qeyd edək ki, Cammu və Kəşmir vilayətləri müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az