“The Daily Mail”in yazdığına görə, Kembric hersoginyası Keyt Middleton hər il gözəlliyinə 19 min funt sterlinq xərcləyir. Lakin buraya ağır günün sonunda edilən SPA-prosedurları, pedikür, avtozaqar prosedurları və qaşların korreksiyası daxil deyil. Bu, əlbəttə ki, Böyük Britaniya xəzinəsinə ciddi zərbədir...
Amma Britaniya əhli onu hədsiz dərəcədə sevdiyi üçün bunu hersoginyaya bağışlayırlar. Hər halda, o, ölkənin birinci şəxslərindən hesab olunur. Lakin hersoginya bahalı brend xəstəsi deyil. Məsələn, paparasilər onu bu yaxınlarda “Nivea” kremi alarkən yaxalayıb. Vətəninfo.az Publika.az-a istinadla Keyt Middletonun gözəllik sirlərini təqdim edir:
Saçlara qulluq
Keytin saç düzümü həmişə qüsursuz görünür. Qalın və parıltılı saçı ona anasından keçib. Britaniya mətbuatının yazdığı xəbərlərə görə, Keyt ona anasından miras qalan qalın saçının baxımına hər il 14 min funt sterlinq pul xərcləyir. O, Britaniyanın ən məşhur “Richard Ward Hair and Metrospa” gözəllik salonuna gedir. Hər 2 aydan bir saçını təbii tərkibli boyalarla rənglədir. Üstəlik, müntəzəm olaraq saçına fen çəkdirir. Keratinli saçına, adətən, həftədə üç dəfə maska qoyur.
Deyirdilər ki, Kembric hersoginyasının dəbdəbəli qalın saçının sirri taxma saçdadır. Hətta xeyriyyə gecələrinin birində fotoqraflar Keytin süni saç qaynağından istifadə etdiyini çəkə bilmişdilər. Jurnalistlər Keytin sirrinin üstünü açdığını düşünürdülər. Lakin kral ailəsi hay-küylü hadisədən yorulmuş, bununla bağlı gözlənilmədən rəsmi bəyanat yaymışdı. Bəyanatda deyilirdi ki, şahzadə Uilyamın həyat yoldaşının başının sol tərəfində təxminən 7 sm uzunluğunda uşaqlığından yadigar qalan əməliyyat izi – çapıq var. Keytin saç ustası xüsusi üsulla həmin çapığı gizlədir.