Kiyevdə İkinci Dünya Müharibəsi vaxtı Ukraynanın millətçi lideri Stepan Banderanın şərəfinə yürüş keçirilib.
Publika.az xəbər verir ki, yürüş zamanı Svoboda partiyasının rəhbəri, sağçı lider Oleh Tyahnibok hakimiyyəti Banderaya yenidən "Ukrayna Qəhrəmanı" adını verməyə çağırıb.
Yürüşçülər Svoboda və Pravıy Sektor partiyalarının millətçi bayraqlarını daşıyıb. Hər iki hərəkat ötən ilin fevral ayında sabiq prezident Viktor Yanukoviçin devrilməsində fəal iştirak edib. Cənab
Yürüşdə təxminən 2 500 adamın iştirak etdiyi bildirilir.
Yürüşdə kremlpərəst Rusiya telekanalı LifeNews jurnalistlərinə hücum edildiyi bildirilir. Ukraynanın Unian xəbər agentliyinin məlumatına görə, hadisə ilə bağlı bir nəfər həbs olunub,
1909-cu il yanvarın 1-də doğulan Bandera bir çox rusiyalı tərəfindən sərt tənqid olunur. Prezident Vladimir Putin onu "Hitlerin ortağı" adlandırmışdı. Bandera Ukraynada mübahisəli bir şəxsiyyətdir. Cənab Yanukoviç onun "qəhrəman" statusunu ləğv etmişdi.
Anti-Sovet döyüşçülərə rəhbərlik etsə də, müharibə zamanı nasistlər Banderanı həbs etmişdilər. 1959-cu ildə o, Münxendə Sovet KQB agenti tərəfindən öldürülüb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib