Mərkəzi Bankın
məlumatında qeyd edilirdi ki, araşdırmalar nəticəsində müəyyən olunub
ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və
ümumiyyətlə, baş verən hadisənin bununla əlaqəsi yoxdur.
Kredit
borclarının Azərbaycanın həm bank sektoru, həm də onu götürənlər üçün
bəzən çıxış yolu tapılmayacaq ciddi problemə çevrildiyinə heç kəsin
şübhəsi yoxdur. Kredit faizlərinin yüksək olması, bəzən məcburiyyət
qarşısında qalıb bankdan kredit götürən şəxsin ödəmək imkanında olmaması
da yenilik deyil. Yenilik həm də hətta Bərdədə Elşad Dadaşovun canına
qəsdinin əsl səbəbinin doğrudan da kredit borcu ilə bağlı olmasının
təsdiqlənməsi olmayacaqdı. Ona görə ki,
Azərbaycanda
son illər onlarla insan istər banklardan götürdüyü kreditə görə,
istərsə də digər səbəbdən borca düşərək intihar edir, yaxud buna cəhd
göstərir.
Yeri gəlmişkən, bu cür intiharlar təkcə Azərbaycanda
deyil, 2008-ci ildən sonra baş verən iqtisadi böhran səbəbindən
Avropanın hətta ən inkişaf edən ölkələrində də qeydə alınır.
Borclu oğulun atasına yazdığı məktub...
Modern.az saytının araşdırması zamanı məlum ki, bu ilin ilk6 ayı ərzində ayrı-ayrı banklara həqiqətən borcları olması səbəbindən özlərini öldürənlər olub.
Məsələn, bu il martın 6-da 39 yaşlı Sabirabad şəhər sakini Cəbrayıl Həsənov Surra kəndində, Kür çayının üstündəki körpüdə özünü asıb. Mərhumun
üzərinə baxış zamanı ailə üzvlərinə ünvanladığı məktub tapılıb. Cəbrayıl
Həsənov məktubunda maddi imkansızlıqdan atasına layiqli övlad ola
bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəmədiyindən çıxış
yolunu intihar etməkdə gördüyünü yazıb.
Üç övladını atasız qoyan
(böyük oğlu həmin vaxt hərbi xidmətdə olub) Sabirabad sakini yaxınlarına
vəsiyyətində isə xərc çəkib ona yas məclisi qurulmamasını istəyib.
Borclu məcburi köçkünlər...
3 uşaq atası, 30 yaşlı Alim Qasımov Xırdalan qəsəbəsində yerləşən beton zavodunda özünü asaraq intihar edib. Tanışları bildiriblər k, hadisəyə səbəb mərhumun banka olan borcunu ödəyə bilməməsi olub. Bakının Qızıldaş qəsəbəsində məskunlaşan məcburi köçkün Alim Qasımov, intihardan bir neçə gün əvvəl yaxınlarına borclarını ödəyə bilmədiyi üçün özünü öldürəcəyini deyib. O, intihar etməzdən öncə, kağız parçasına kimlərə nə qədər maddi borcu olduğunu da yazıb. Hadisə şahidlərinin bildirdiyinə görə, sələmçilər mərhumun atasının iş yerinə gələrək onu hədələyib, yaxın müddətə borcu qaytarmayacağı təqdirdə onu "ilişdirəcəklərini” bildiriblər.
Bakı sakini özünükredit borcuna görə öldürüb
Bakının Nizami rayonunda yaşayan, 37 yaşlı Cəbrayıl rayonundan məcburi köçkün olan Əliyar Şıxıyev də banka 17 min manat borcu olduğu üçün intihar edib. O, özünü iyun ayının 5-də binanın beşinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən atıb.
İyun ayının 11-də, axşam saatlarında Şəki rayonu, Kiş kənd sakini, 53 yaşlı Firus Allahyarovun meyiti yaşadığı evin həyətyanı sahəsində alma ağacından asılmış vəziyyətdə aşkarlanıb.
Üç uşaq atası olan Firus Allahyarov "Azərişıq” Açıq Səhmdar
Cəmiyyətinin Şəki rayon şəbəkəsində montyor işləyib. Onun banklardan
birinə borclu olduğu bildirilib.
Aprelin 22-də gecə saatlarında Şəki rayonunun Baltalı kəndində yenicə ailə quran, 24 yaşlıMalik Hacıbalayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki heyva ağacından asılmış vəziyyətdə aşkar edilib. Bildirildiyinə görə, gəncin özünü öldürməsinin səbəbi banklardan birinə kredit borcunun olmasıdır.
Kreditlərini ödəyə bilməyən sahibkar özünü asıb
İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində
özünü çardaqdan asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə, iki
övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə
düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit
müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı
şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını
deyirmiş.
Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat verilməyib.
Binəqədi rayonunda yaşayan, 45 yaşl Namiq Vəliyev özünü asaraq intihar edib. Namiq Vəliyev tək yaşayırmış. O, subay olub.
Yaxınlarının bildirdiyinə görə, onun banklara külli miqdarda kredit
borcu olub. Ehtimal olunur ki, Namiq Vəliyev bu səbəbdən canına qəsd
edib.
Polis məktub yazıb, özünü güllələyib
Fevralın
21-də Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu rayon şöbəsinin
binasında manqa komandiri, Ağsunun Kəlağayılı kənd sakini, 46 yaşlı Neyman Tanrıverdiyev "Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.
Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin
səbəbi kimi xeyli miqdarda borcu olması göstərilib. Özünü öldürməzdən
əvvəl məktub yazan iki qız atası iş yoldaşlarından həmin məktubu həyat
yoldaşına çatdırmalarını xahiş edib.
Borc dərdi dama çıxardı...
Müxtəlif
banklardan müxtəlif miqdarda kredit götürüb ödəyə bilməmələri
səbəbindən özlərini müxtəlif vasitələrlə həyatdan məhrum edənlərlə
yanaşı, bəzən bu istəklərini reallaşdıra bilməyənlər də olur. Məsələn,
Bakı şəhəri, Nizami rayonunda 34 yaşlı Kənan Abbasov intihar məqsədi ilə rayonun Qara Qarayev prospekti 85 ünvanında yerləşən "LOTOS” ticarət mərkəzinin damına çıxıb.
Fövqəladə Hallar Nazirliyinin və Nizami rayon Polis İdarəsinin
əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıra biliblər.
Araşdırma zamanı məlum olub ki, o, banklardan götürdüyü krediti ödəyə
bilmədiyi üçün bu addımı atırmış.
Bakının Sabunçu rayonunda 30 yaşlı T.Q. damarlarını kəsib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişinin həyatını həkimlər xilas ediblər. Araşdırmalar zamanı məlum olub ki, T.Q. imkansızlıq üzündən özünü öldürmək istəyib. Onun banklara külli miqdarda borcu olub. Borcunu ödəyə bilməyib. Üstəlik pulu dollarla alındığı üçün məbləğin daha da çoxalması onun maddi durumunu daha da ağırlaşdırıb. Bu səbəbdən də, o, özünü öldürmək istəyib.
Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan 47 yaşlı Malik Cəfərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun bıçağa əl atmasına səbəb külli miqdarda borcunun olmasıdır. Yığdığı borcları qaytara bilmədiyini görən Malik Cəfərov çıxış yolunu özünə qəsd etməkdə görüb.
Vətəninfo.az