"Kreml artıq Paşinyanın Qərblə ikili oyunlarına səbir etməyə hazır deyil..."


Rusiya Ermənistanın anti-Rusiya mövqeli davranışlarından narahatdır və hesab edir ki, Ermənistan hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la oynamaqda davam edir.
 
Moderator.az xəbər verir ki, bunu "Hraparak” qəzeti yazıb.
 
"Bizdə olan məlumata görə, Rusiya Federasiyasının güc strukturları hakimiyyətin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hansı fikirləri söylədiyini anlamaq üçün Ermənistan mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da baxılır.
 
Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyətinə göndərilir və Nikol Paşinyana Ermənistanda anti-Rusiya təbliğatının maliyyələşdirildiyi və dövlət rəsmilərinin anti-Rusiya fikirlər səsləndirməsinə sübut kimi təqdim edilir. Hər bir belə halla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi və günahkarların cəzalandırılması təklif edilir. Rusiya artıq Paşinyanın ikili oyunlarına səbir etməyə hazır deyil və sədaqət və müttəfiqlik sübutunu tələb edir”, –  erməni qəzeti belə yazır.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az