Kremlin Xankəndidə konsulluq istəyi: Hədəf nədir?

Kremlin Xankəndidə konsulluq istəyi: Hədəf nədir?

Qeyd edək ki, "Sputnik Ermənistan"nın məlumatına görə Rusiya Qarabağda baş konsulluq açmaq niyyətindədir. Məlumata görə, bununla bağlı Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin Azərbaycan parlamentinin deputatı Səməd Seyidovla görüşü zamanı deyib. 

Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinin tutarlı səbəbi yoxdur: bölgədə nə Rusiya vətəndaşı, nə rus hərbçisi var, nə də Rusiya şirkətləri burada fəaliyyət göstərir.

Bu istəyin siyasi məqsəd daşıdığı aydındır. Rusiya sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir və istisna deyil ki, plan ermənilərin mümkün qayıdışına hesablanıb. Hərçənd, ermənilərin Qarabağa qayıdışı perspektivi yoxdur. Əgər gələcəkdə bu baş verərsə belə, bölgəyə gələnlər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda burada yaşaya biləcəklər. Sual yaranır: Rusiya konsulluğu Azərbaycan vətəndaşına necə xidmət göstərə bilər?!

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə konsulluq açmaq istəklərini "qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmaqla” izah edir. Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir, Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir. Halbuki Rusiya ərazi baxımdan daha böyükdür və orada yaşayan azərbaycanlıların sayı çoxdur. Yaxud, məqsəd təkcə say məsələsidirsə, niyə bunu başqa şəhərdə yox, məhz Xankəndidə etmək istəyirlər? Karasinin bu izahı gerçək məqsədi gizlətməyə hesablanıb.

Görünür, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər.
Asif Nərimanlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az