Hindistanda iki qadın turistin səyahət etdiyi hava balonu güclü küləyə görə istiqamətini dəyişərək, uçuşu yüksək təhlükəsizlik rejimli həbsxanada başa vurub.
Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, Rajastan əyalətindəki Pushkar Camel Fair illik dəvə yarmarkasını ziyarət edən qadınlar tədbirə havadan nəzər salmaq qərarına gəliblər.
Lakin güclü külək nəticəsində uçuşu erkən bitirən hava balonunun operatoru onu Ajmer mərkəzi həbsxanası yaxınlığındakı futbol meydançasında endirməyə məcbur olub.
Hadisənin təsadüf, yoxsa məhbəsdən qaçış cəhdi olmasını müəyyən etmək üçün həbsxana rəsmiləri hava balonu sərnişinlərini iki saat ərzində saxlayıblar.
"Hadisə vaxtı məhbuslar həbsxana binasında olublar. Lakin balon enərkən siqnalizasiyanın işə düşməsi rəsmiləri təşvişə salıb”, - məlumatda deyilir.
Yerli hakimiyyət hadisəyə hava balonunun məxsus olduğu şirkətin lisenziyasını ləğv etməklə reaksiya verib. Bundan başqa, məhbəsə “qeyri-qanuni giriş"lə bağlı hadisə araşdırılarkən sahə üzərində hava balonunda uçuşlar qadağan edilib.
Hadisənin ertəsi günü turistlər fil belində gəzintiyə çıxmaq kimi daha aşağı riskli məşğuliyyətə üstünlük veriblər.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib