Kürd terrorçuları Güney Azərbaycan şəhərlərində - Meydan sulayır

Kürd terrorçuları Güney Azərbaycan şəhərlərində - Meydan sulayır

Güney Azərbaycanın qərb bölgəsində kürd terrorçularının açıq müstəvidə fəaliyyət göstərməsini təsdiqləyən yeni faktlar üzə çıxıb.  

Sosial şəbəkələrdə yayılan məlumata görə, Novruz bayramı ərəfəsində kürd terror qruplaşmalarının əlaltıları Qərbi Azərbaycanın bəzi şəhərlərində əhali arasında görünüb. Sulduzda motosikletlə hərəkət edən yaraqlılar nümayişkaranə şəkildə əllərində silah və qruplaşmanın bayrağını nümayiş etdiriblər. İran təhlükəsizlik qüvvələrinin onlara qarşı səssiz qalması isə əhali arasında xüsusi təəccüb doğurub.

Azərbaycan Milli Hərəkatı fəalları isə terrorçuların nümayişkaranə şəkildə ictimai yerərdə gəzməsini ciddi təhlükə kimi qiymətləndirib və bu barədə xəbərdarlıq ediblər. Onlar kürd terrorizminə qarşı bütün azərbaycanlıları diqqətli və məsuliyyətli olmağa çağırıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az