Müasir texniki avadanlıqlarla təchiz olunmuş Xıllı Nərə balıqartırma zavodu əsasən nərə cinsli balıqların növlərinin süni yolla artırlması ilə məşğuldur.
Vətəninfo.az ANS TV-ə istinadən xəbər verir ki, məhz bunun nəticəsidir ki zavod fəaliyyət göstədiyyi müddətdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıqları yetişdirib.
Respublikamızda süni balıqartırma tarixində ilk dəfə olaraq kürüdən kürüyə prinsipi qorunaraq ana balıqların sağ qalması şərtilə onlardan kürülər götürülb mayalandırılır. Əvvələr yetişdirlən körpə balıqlar 150 qram olduğu təqdirdə suya buraxılırdısa, indi həmin çəki bir qədər artırılıb. Səbəb isə nərə balığının suda yaşama ehtimalının yüksək olmasıdır.
Zavod direktoru Zaur Salmanov deyir ki, "Artıq zavod mövsüm ərzində süni yolla yetişdirdiyi körpə balıqları Neftçalada Kür çayının mənsəbinə buraxıb".
Zavod sözügedən körpə nərə balıqlarının sayının artırılması məqsədilə gələcəkdə bir neçə torpaq hovuzlarının tikilməsini də nəzərdə tutub. Əsas məqsəd isə nəsli kəsilməkdə olan nərə balıqlarının bu cür yolla sayını və növünü artırmaqdır.
Zavodun fəaliyyəti nəticəsində Azərbaycan xəzəryanı ölkələr sırasında körpə nərə balıqlarının dənizə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncüdür.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi