Kütləyə azadlıq neməti lazım deyil...

Kütləyə azadlıq neməti lazım deyil...

Anar Həsənov

Rusiyanın Xalqlar Dostluğu Universitetinin müəllimi, 
filologiya elmləri namizədi, 
politoloq 

Bu gün Bakıdakı kütləni və o kütlədəki vətəndaş mövqeyinə görə hörmət etdiyim bir iki nəfəri görməsəydim, Lider TV ni xatırlamazdım.  
Lider TV də bu illər ərzində bir çox funksiyaları yerinə yetirdi: mıx vurmaq lazım idi - Lider çəkic oldu, güldürmək lazım idi – Lider kloun oldu, maarifləndirməyi də bacardı – etiraf etmək lazımdır.. Ancaq KİV kimi bir mühim funksiyanın öhdəsindən gəlmədi – məlumatlandırmaq funksiyasını bacarmadı. Manipulyasiya metodları ilə təhrif etdi, hakimiyyətin qrammofonu olub, ictimaiyyəti iqnor etdi, onun subyekti olduğu gündəmi rədd etdi,  təbliğat aləti oldu..

SSRİ dağılarkən "Kommunist"də, "Pravda"da, "İzvestiyada" işləyən Muratov, Yakovlev, Tretyakov, Laçis, Kiselyov çalışdıqları təbliğat alətlərini bütləşdirmədi – "Kommersantı”, "Nezavisimayanı”, "Exo Moskvı” nı  təsis etdi, təşviqatçı keçmişləri ilə fəxr etmədi, əksinə öz keçmişlərini keyfiyyətli KİV yaratmaqla və cəmiyyətə xidmətləri ilə unutdurdular ki, bu gün də bu adlar tarixin zibilliyində yox, JURNALİSTİKA tarixindədirlər. Bu gün də o ənənə var. NTV nin zəbtindən sonra Pivovarov "Redaksiyasını” yaratdı, Kiselyov mühacirət etdi, Parfyonovu hər yerdə gözləyirlər!!! 
    
Aristoteldən xəbəri olan, Cəlil, Üzeyir publisistikasından həvəslənib jurnalistikaya gələn, Elmar Hüseynov yolunu kişilik məktəbi bilənlər! Siz deyildinizmi, "biz özümüz - özümüzə xəyanət edirik" deyib, deyingən vicdanınızla konveyri xatırladan işinizə min cür bəraət qazanmağa cəhd edirdiz?! Axı siz nomenklaturanın bir parçası olduğunuzdan iyrənirdiz.. Müxalif mövqeni emosional izah sxemləri ilə tənqid edib, cəmiyyətə yalan sırayan, ikili, yox üçsifətli həyat yaşadığınızı etiraf edən siz deyildiz?! Oğrun-oğrun pərdə arxasında "bir şeyi fikirləşib, fərqlisini dilə gətirib, tam fərqlisini həyata keçiririk" deyib, bu yaşayışdan bezmişəm deyirdiz axı..Mənəviyyatsızlığı həyat obrazına, ikiüzlülüyü - düşüncə tərzinə çevirməyinizdən xəcalət çəkirdiz..İndi həmin həyat tərzinəmi təəsüflənirsiz?  
Qorkinin qəhrəmanı ömrü boyu əyilir və söz verir ki, bir zaman gələcək və o daha alçalmayacaq. VƏ vaxt gəlir, amma o dikələ bilmir, çünki əyilməyə vərdiş edib, qozbelə çevrilmişdi..

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az