Laçının Zabux kəndindəki Qaregin Njde adına məktəb işini bərpa etdi?...-FOTOLAR

Laçının Zabux kəndindəki Qaregin Njde adına məktəb işini bərpa etdi?...-FOTOLAR
Bu barədə məlumatı yalnız Rusiya sülhməramlılarının komandanlığıyla dəqiqləşdirmək olar…

Məlum 10 Noyabr razılaşmasına əsasən 2020-ci dekabrın 1-dən Rusiya sülhməramlılarının(!) yerləşdiyi Gorus-Laçın-Şuşa yolunun ətrafındakı 5 km-lik ərazi istisna olmaqla Azərbaycan Respublikasının tam nəzarətinə keçmiş Laçın rayonunun Zabux kəndində hələ də ermənilər sülənməkdə davam edir.
Moderator.az xəbər verir ki, "Armenpress”in yaydığı məlumata görə,  işğal dövründə "Axavno” adlandırılmış kənddəki qanunsuz "məktəb” də  bu günlərdə fəaliyyətini bərpa edib. "Məktəb”in "direktor”u Pol Ağabekyan hazırda 20 şagird və 8 müəllimə rəhbərlik etdiyini bildirib. Ötən ilin 27 sentyabrınadək isə guya "məktəb”də 50 şagird və 17 müəllim olub... 
Bu Azərbaycan kəndində qanunsuz olaraq məskunlaşmış ermənilərin "məktəb”ə  XX əsrin əvvəlində xalqımıza qarşı soyqırımların rəhbərlərindən biri olmuş irqçi, faşist Qaregin Njdenin adı verilib...

Xatırladaq ki, Ermənistanla sərhəddə, Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində yerləşsə də,  Zabux kəndində tarixən, o cümlədən sovet dövründə - 1988-ci ilədək, yəni 1-ci Qarabağ savaşınadək bir erməni belə yaşamayıb. Odur ki, Rusiya hərbçilərinin ermənilərin həmin kənddə qanunsuz olaraq yaşamasına şərait yaratması əsassızdır...

P.S. Görünür, 1919-cu ildə  xalq qəhrəmanı Sultan bəyin məhz  bu kənd ətrafında - "Zabux dərəsi”-"Qanlı dərə” kimi məshurlaşmış məkanda  tayqulaq erməni generalı Andranikin qoşununu darmadağın etdiyinə görə, burada sülənib qalmaq ermənilər üçün prinsipial məsələyə dönüb. Odur ki, kəndə Andranik adlı livanlı ermənisini də "mer” qoyublar…
P. P.S. Zabux kəndinin məktəbi barədə məlumatı yalnız Rusiya sülhməramlılarının komandanlığıyla dəqiqləşdirmək mümkün olar…

Sultan Laçın




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az