Latviya prezidenti BMT-də Qarabağdan danışdı

Latviya prezidenti BMT-də Qarabağdan danışdı

Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.

BMT-nin saytının verdiyi məlumata görə, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edərkən bəyan edib.

"Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır", deyə R.Veyonis vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az