Lavrov Bakıya yola düşdü

Lavrov Bakıya yola düşdü

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya bu gün yola düşüb.

Bu məlumatı "RİA Novosti” agentliyi yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Elmar Məmmədyarovla görüşəcəyini bildirib. O, Lavrovu Prezident İlham Əliyevin bu gün qəbul edəcəyini, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasının isə sabah baş tutacağını deyib.

Qeyd edək ki, Lavrov Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 12 üzvü var. Bunlar Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynadır./Axar.az/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az