Lavrovun Bakı səfəri: Bu məsələlər müzakirə oluna bilər — AÇIQLAMA

Lavrovun Bakı səfəri: Bu məsələlər müzakirə oluna bilər — AÇIQLAMA

"Fikrimcə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri nəticəsində ölkələr arasındakı münasibətlərin hansı istiqamətdə inkişafının sürətləndirməsinin lazım olduğu müəyyənləşəcək və razılaşdırılacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.

Deputat hesab edir ki, Lavrovun Azərbaycana səfəri 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların icrasının sürətləndirilməsi məqsədi daşıyır: "Əvvəla onu qeyd etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq münasibətləri öz inkişaf dövrünü yaşayır. Eyni zamanda, bizim üçün ən vacib məsələlərdən biri olan Zəngəzur dəhlizinin açılmasıdır və bu dəhlizin açılışının yubadılması isə ictimaiyyəti olduqca narahat edir. Qeyd edim ki, Lavrovun səfəri çərçivəsində bu məsələ də müzakirə olunacaq. Yanvarın 11-də imzalanan bəyanata əsasən, baş nazirlər və onların birinci müavinləri səviyyəsində ekspertlərdən ibarət işçi qrupları yaradılıb ki, müəyyən məsələlər müzakirə olunsun və razılaşdırılsın. Lavrovun gəlişi də, hesab edirəm ki, bu məqsədi daşıyır. Həmçinin regionda davamlı sülhün təmin olunması üçün gələcəkdə atılacaq addımların səfər zamanı müzakirəsi gözlənilir".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az