Öldürülən kriminal avtoritet bu tanınmış siyasətçinin qohumudur - ŞOK FAKT/FOTO

Öldürülən kriminal avtoritet bu tanınmış siyasətçinin qohumudur - ŞOK FAKT/FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Saatlı rayonunun Azadkənd kəndində kriminal avtoritet Əkbərov Oktay Saleh oğlu odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Məlum olub ki, 1967-ci il təvəllüdlü O.Əkbərovu qardaşı oğlu, 22 yaşlı Saleh Əkbərov öldürüb. Qətlin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Cinayəti törədən şəxs tutularaq istintaqa cəlb olunub.
Miq.az bildirir ki, azvision.az-ın əldə etdiyi məlumata görə, öldürülən kriminal avtoritet Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumudur. Faktı kənd sakinləri təsdiq ediblər. Bildirilib ki, uzun illər Rusiyada həbsdə olan O.Əkbərov Əli Kərimlinin əmisinin baldızı oğludur.Qeyd edək ki, O.Əkbərovun meyiti özünə məxsus "BMV" markalı avtomobildə aşkar edilib. O, dəfələrlə məhkumluq həyatı yaşayıb. Bir neçə ay əvvəl Rusiyada həbsdən çıxdıqdan sonra Azadkəndə qayıdıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az