Azərbaycanlı zəvvarlar hamısı sağ-salamatdır- QMİ rəsmisi

Azərbaycanlı zəvvarlar hamısı sağ-salamatdır- QMİ rəsmisi

"Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb”.

Miq.az xəbər verir ki, bu barədə report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri deyib.


"Ölüm faktı qeydə alınmayıb. Bu il digər ölkələrdən Həccə qeyri-qanuni gələnlərin sayı çox olduğu üçün, ölüm halları çoxalıb”, – şöbə müdiri deyib.

Qeyd edilib ki, zəvvarlar namaz qılmaq, dualar etmək üçün Kəbəyə gedib-gəlirlər:

"Hazırda zəvvarlarımız Məkkədə hotellərdə qalmaqdadırlar, bir neçə gündən sonra fasilələrlə qruplar və qafilələr şəklində Mədinə şəhərinə yola düşəcəklər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az