Lənkərana xüsusi təyinatlı polis dəstələri cəlb edildi - Rövşənin dəfninə görə

Lənkərana xüsusi təyinatlı polis dəstələri cəlb edildi - Rövşənin dəfninə görə

Lənkəran şəhərinə xüsusi təyinatlı polis dəstələri göndərilib. 

Miq.az qaynarifno.az-a istinadən bildirir ki, bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub.

Hazırda Lənkəranda nəzarət ən yüksək səviyyəyə çatdırılıb. Buna səbəb tanınmış kirminal avtoritet Rövşən Lənkəranskinin dəfnidir. 

Rövşən Lənkəranski doğulduğu Lənkəran şəhərində dəfn ediləcək. Dəfn mərasimində tanınmış "vor zakon"ların iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, Rövşən Lənkəranski avqustun 17-də Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnib. O, İstanbul Şişli Etfal xəstəxanasına çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az