Lənkəranskinin məzarı üzərindən VİDEO
İstanbulda silahlı hücuma məruz qalaraq dünyasını dəyişən Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsindən 5 gün ötür. Əldə etdiyimiz məlumata görə, Rövşən Lənkəranskinin ata ocağını avtoritetlər ziyarət edib. Hətta mərhumun məzarının başında da "vorzakon”ların əsas simvolu hesab edilən səkkizgüşəli çələnglər yer alıb.
Bundan başqa Azərbaycanın və MDB ölkələrinin hər yerindən hələ də mərhumun ailəsinə başsağlığı verməyə gələnlərin ardı-arası kəsilmir. Lənkəran küçələrində tez-tez xarici nömrəli avtomobillər müşahidə olunur, onların arasında hətta Almaniya, Niderland nömrəsi olan maşınlar da gözə dəyir. Eyni hal mərhumun məzarı üzərində də yaşanır. Hər gün xeyli insan Rövşənin məzarını ziyarət etməyə gəlir. Yenilik.Az-a daxil olmuş mərhumun məzarı üzərində çəkilən videonu təqdim edirik:
Miq.az