Lənkəranskinin yaxın adamı həbsdən AZAD OLDU - 3,6 milyon avroya (VİDEO)

Lənkəranskinin yaxın adamı həbsdən AZAD OLDU - 3,6 milyon avroya (VİDEO)

Kriminal avtoritet, Şeyx Xamzat kimi tanınan çeçen Xamzat Qastamirov və onunla əlbir olan dəstə üzvləri 18 oktyabr tarixində Niderland məhkəməsi tərəfindən azad edilib.

Miq.Az Sputnik Azərbaycan-a istinadla məlumatına görə, kriminal avtoritetə üç biznesmen zamin dayanıb. Qastamirov azad olunması üçün məhkəməyə 3,6 milyon avro rüşvət verib.

Niderland hakimiyyəti saxta pasportdan istifadə və qanunsuz odlu silah daşıması maddələri ilə Qastamirovu ittiham edirdi. Şeyx Xamzat tutularkən üzərindən bir tapança, bank kartları, üç mobil telefon və bahalı saat götürülüb. Bununla yanaşı, digər saxlanılan şəxslərdə 6 "Kalaşnikov" tapançası və 4 avtomat aşkar edilib.

Qeyd edək ki, Şeyx Xamzat qanuni oğru Rövşən Lənkəranskinin (Caniyev) il mərasimi üçün avqust ayında Azərbaycana gəlmişdi. Caniyevin qəbirinə baş çəkdikdən sonra qayıdan Şeyx Xamzat 22 avqustda Amsterdam aeroportunda saxlanılmışdı.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az