Lerikdə içərisində 4 nəfərin olduğu avtomobil dərəyə aşdı

Lerikdə içərisində 4 nəfərin olduğu avtomobil dərəyə aşdı
Lerikdə avtomobil dərəyə aşıb, dörd nəfər ağır xəsarət alıb.

Miq.az  APA-ya istinadən xəbər verir ki, Lerik-Orand yolunda Orand kənd sakini İsabala Sarıbala oğlu Əzimovun idarə etdiyi ”UAZ” markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.
Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri -  Müseyib Qafar oğlu Həmidov, qardaşı Ramil və kimliyi hələlik məlum olmayan şəxs ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onları ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Lənkəran RMX-yə yola salınıb.
Fakt araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az