Leyla Əliyevanın yeni şeiri

Leyla Əliyevanın yeni şeiri

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib.

“Gözəllik” adlı şeiri oxucuların ixtiyarına veririk.

Gözəllik, inan ki, sən

çox amansız qüvvəsən...

amma iş səndə deyil,

qarşında diz çökübən

yalvarış etdim sənə

amandı,

qarşı gəlmə

yaralı ürəyimə.

Getmə onun əksinə...

De, mənim ürəyimə

axı nə vermisən ki –

indi ala bilmirsən?

Açıqca, gözgörəsi

Onla cəngə giribsən..?

Axı gözüdoymazlıq,

səni məhv eyləyəcək...

Ancaq zülmət gecədə

maskanı çıxaranda

qəm-qüssədən yanırsan;

Gecəni tək-tənhasan...

Söylə, nə istəyirsən?

Sədaqətli ürəyə –

sevgi yarası almış,

pak və məsum ürəyə

sahib olmaq! –

azdımı?

“Bu nə gün-güzərandır?” –

deyib gileylənməklə,

bil ki, heç vaxt, heç yerdə,

razı qalmayacaqsan...

Bilirsən neynəyəcəm? –

Hələ heç vaxt yanmayan

kibritləri çaxacam,

Sənin divanə ağlın

alovlanıb yanacaq.

O gözəl, cazibədar

gözlərinin önündə

vərdişlərin kül kimi

havaya sovrulacaq...

Şeir dəftərlərini,

cırıb, tikələyəcəm.

Çünki acı həqiqət

əyir misralarını...

Hər sözünə çökübdür

ağrı, əzab, iztirab.

Ürəksə öləziyir

İncə, zərif əllərdə...

Ürək! Bir bax can verir,

Boyasız... ehtirassız...

Amma ehtirasda da

aman yox, qurtuluş yox..!

Yox, mən daha vermərəm

ixtiyarı iblisə...

Axı odur incidən

səni lap uşaqlıqdan.

Gözəllik, inan ki, sən

Çox amansız qüvvəsən.

Amma ki, gəl tələsmə

özünlə fəxr etməyə..!

İnsanın qəlbi, ruhu

əgər gözəl deyilsə,

üz-gözün gözəlliyi

dəyməz bircə qəpiyə...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az