Litva milli valyutasını dəfn edəcək

Litva milli valyutasını dəfn edəcək

Litva 2015-ci il yanvarın 1-dən Avropa valyutasına keçəcək.

Vətəninfo xəbər verir ki, Litva bankının sifarişi ilə keçirilən sosioloji sorğuya əsasən avroya keçidi respondentlərin yalnız 53 faizi dəstəkləyir, onların 39 faizi isə bunun vacib olmadığı fikrindədir.

Hökumətin bu qərarını tənqid edənlər Litvanın müstəqilliyin əsas rəmzlərindən birindən könüllü olaraq imtina etdiyi fikrindədirlər. Onlar öz etirazlarını “litin dəfn mərasimi”ni keçirməklə ifadə edəcəklər.

İmprovizə edilmiş “dəfn” mərasimi milli valyutanın kremasiyasının keçiriləcəyi və külünün səpiləcəyi Neris çayından başlayacaq. Təşkilatçılar mərasimdə iştirak edəcək insanları matəm libası geyinməyə, əkili və çiçəklərlə gəlməyi xahiş ediblər.

Qeyd edək ki, 1918-ci ildə müstəqillik əldə edən Litva uzun müddət milli valyutasız qalıb. Ölkədə dörd il alman markası istifadə olunduqdan sonra 1922-ci ilin ortalarından onun məzənnəsi kəskin surətdə enməyə başlayıb. Bundan sonra ölkə parlamenti təcili olaraq milli valyuta barədə qanun qəbul edib və lit təsis olunub. Lit 1940-cı il avqustun 6-da SSRİ rublu ilə əvəz olunana qədər qüvvədə qalıb və 1993-cü ilin iyun ayında yenidən dövriyyəyə buraxılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az