Ölkəyə telefon gətirənlərin nəzərinə - Məhdudlaşma olacaq

Ölkəyə telefon gətirənlərin nəzərinə - Məhdudlaşma olacaq

Azərbaycanda fiziki şəxslər tərəfindən mobil telefonların ölkəyə gətirilməsinin məhdudlaşdırılması planlaşdırılır.

Miq.Az xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı iki ildən bir şəxsi istifadə üçün ölkəyə bir mobil telefon gətirə biləcək.

Mənbə bildirib ki, ilkin məlumatlara görə yaxın gələcəkdə qüvvəyə minəcək olan bu yeni üsul dövlət büdcəsinə daxilolmaların artırılmasına imkan verəcək. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az