Lotu Qulinin məzarı üstündə atışma: ölən və yaralanan var

Lotu Qulinin məzarı üstündə atışma: ölən və yaralanan var

Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə atışma olub.

Miq.Az Hit.az-a istinadən xəbər verir ki, İstanbulun Esenyurt rayonundakı məzarlıqda baş verən silahlı insident nəticəsində bir nəfər ölüb. Öldürülən Əli Həşimov ad-soyadlı azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Əli Həşimovu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az