Lukaşenko: Rusiya Belarusun tərkibinə daxil olsun!

Lukaşenko: Rusiya Belarusun tərkibinə daxil olsun!

Belarus Prezidenti Aleksandr Lukaşenko zarafat edərək, Rusiyaya onun ölkəsinin tərkibinə daxil olmağı təklif edib.

Axar.az xəbər verir ki, bunu Lukaşenko "Exo Moskva”nın baş redaktoru Aleksey Venediktova müsahibəsində deyib.

"Siz ümumi prezident seçkisi istəyirsiniz. Rusiya və Belarusun vahid dövlət planında qəbul edəcəyi çox sadə variant var, o da sizin ölkənin Belarusun tərkibinə daxil olmasıdır. Yalnız Belarusun Rusiyanın tərkibinə daxil olmasını söyləmək ədalətsizlik olardı”, – deyə o zarafat edib.

Qeyd edək ki, Lukaşenkonun ittifaq dövləti ilə bağlı "Exo Moskva”ya müsahibəsində səsləndirdiyi fikirlər Rusiyada geniş əks-səda doğurub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az