Macarıstan miqrantlara qarşı silah işlədəcək

Macarıstan miqrantlara qarşı silah işlədəcək
Qərar  Macarıstan parlamenti tərəfindən qəbul olunub. Modern .az-ın xarici mətbuata istinadən  məlumatına görə parlament  sərhədlərin mühafizəsi məqsədilə orduya ölümcül olmayan silahlardan istifadə etmə hüququ verib.Qanun Macarıstan parlamenti tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Qanuna əsasən, ordu iğtişaşlar zamanı qeyri döyüş silahları, rezin güllələr, pirotexnik vasitələr və gözyaşardıcı qaz qumbaralardan istifadə edə bilər.
Belə bir qərarın qəbuluna sentyabrın 15-ə keçən gecə Macarıstana kütləvi  miqrant axınının baş verməsi səbəb olub. Xatırladaq ki, həmin gecə Macarıstan Serbiya ilə sərhədini bağlayıb. Nəticədə sərhədlər arasındakı neytral zonada 5 minədək qaçqın toplanıb. Macar polisi və miqrantlar arasındakl iğtişaş isə 30 polisin və 150 miqrantın xəsarətinə səbəb olub. 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az