Mahmudovun atasının adını daşıyan tanker də Qara dənizdə “ilişib” – FOTO

Mahmudovun atasının adını daşıyan tanker də Qara dənizdə “ilişib” – FOTO

Ukraynanın infrastruktur naziri Vladimir Omleyan Rusiyanı Azov dənizindəki Mariupol və Berdyansk limanlarını blokadaya almaqda günahlandırıb.

Virtualaz.org xəbər verir ki, nazir Rusiyanın gəmilərin bu limanlara girib-çıxmasına imkan vermədiyini deyib.

"35 gəmi blokadaya alınmış vəziyyətdədir. Hərəkət ancaq Azov dənizindəki Rusiya limanları istiqamətində mümkündür. Yəni Rusiya Azov dənizindəki Ukrayna limanlarını blokadaya alıb”-nazir bildirib.

263672_srcVladimir Omelyan deyib ki, hazırda 18 gəmi Azov dənizinə daxil olmaq üçün gözləyir. Onlardan 4-ü Berdyansk, 14-ü Mariupol limanlarına istiqamət alıb. Habelə Azov dənizinin Qara dənizə çıxışında Berdyansk limanından yola çıxan üç gəmi qalır. Daha 8 gəmi isə limanlarda lövbər salıb gözləməli olublar.

"Rusiyanın məqsədi Ukraynanı tədricən qanuni ərazilərindən sıxışdırıb çıxarmaq, Azov dənizində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməkdir”- o bildirib.

Gəmilərin hərəkətini online izləməyə imkan verən MarineTraffic portalının məlumatına əsasən həqiqətən noyabrın 28-də axşam Kerç-Yenikalsk kanalının girişində, Kerç körpüsünün hər iki tərəfində böyük sayda gəmilər cəmləşib. Onların arasında Panama, Malta, Azərbaycan və digər ölkələrin bayraqları altında üzən gəmilər və tankerlər də var. Virtualaz.org MarineTraffic vasitəsilə dəqiqləşdirib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi de-fakto dəniz blokadasının təsirinə məruz qalan gəmilərdən biri də Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan və "Palmali” şirkətinə məxsus olan tankerdir.

263673_src

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az