Makron: Putinin tələbləri qəbuledilməzdir

Makron: Putinin tələbləri qəbuledilməzdir

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün irəli sürdüyü tələbləri qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.

"Realist olmalıyam. Biz Prezident Putinlə daim danışıqlarda iştirak edirik. Müharibə başlamazdan əvvəl son dəqiqələrə qədər və onun müharibə başlayacağını elan etdikdən sonra biz danışıqlar aparmağa və atəşkəsə nail olmağa çalışırıq. Amma etiraf etməliyəm ki, Putinin irəli sürdüyü şərtlər istənilən şəxs üçün qəbuledilməzdir”, - Makron bildirib.

Onun sözlərinə görə, bu gün söhbət Putinin prinsipcə səmimi danışıqlar aparmağa və nə isə təklif etməyə hazır olub-olmamasından gedir:

"Ancaq bu gün mən faktlara baxıram və faktlar belədir: Rusiya müharibəyə başlamaq qərarına gəlib, Rusiya Ukraynanı bombalayır, Rusiya mülki insanları bombalayır və paralel olaraq danışıqlar aparır. Amma bu danışıqlar heç bir nəticə vermir. Düzünü desəm, yaxın müddətdə atəşkəs mümkünlüyünü görmürəm”, - deyə Fransa lideri əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az