Makrondan ermənilərə layiqli cavab: Qarabağ tanınmır...

Makrondan ermənilərə layiqli cavab: Qarabağ tanınmır...

Ermənistan kritik kəsişmədədir və Fransa Ermənistanın yanındadır.

Bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının toplantısında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron deyib.

"Qarabağ konfliktinin həll edilməməsi Avropanın təhlükəsizlik və etibar arxitekturasının təşviqi yolunda maneədir”, – deyə o bildirib.

Makron yaz aylarında Qarabağ məsələsində müəyyən proqresə nail olunacağına ümid etdiyini deyib.

Fransa lideri fransız şəhərləri ilə Qarabağ arasında dostluq deklarasiyalarının pozulmasına diqqət yetirərək, bu deklarasiyaların hüquqi baxımdan mümkünsüz olduğunu bildirib:

"Bu deklarasiyaların problemi odur ki, onlar Fransa bələdiyyələri ilə beynəlxalq aləm tərəfindən tanınmayan yerli idarəetmə orqanlarını eyni yerə qoyur”.

Makron ermənilərə həmçinin Ermənistanın da Dağlıq Qarabağı tanımadığını söyləyib./Axar.az/
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az