“Mədəniyyət haqqında” qanun layihəsi ikinci oxunuşa hazırlanır

“Mədəniyyət haqqında” qanun layihəsi ikinci oxunuşa hazırlanır

“Mədəniyyət haqqında” qanun layihəsinin ikinci oxunuşa hazırlanması istiqamətində işlər gedir və biz bu işləri tələsmədən həyata keçiririk. “Vətəninfo.az”ın məlumatına görə,bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dilə gətirib. Komitə sədrinin dediyinə görə,   bəzi məsələlərin üzərində geniş dayanılmalı, müvafiq təşkilatlarla müzakirələr davam etdirilməlidir.

O qeyd edib ki,  qanun layihəsində əksini tapan məsələlərlə bağlı mədəniyyət və incəsənət müəssisələrinin rəyləri alınır, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri ilə müzakirələr aparılır: “Yən,i bu işlər formal şəkildə getmir, əksinə xüsusi yanaşma ilə həyata keçirilir. Qeyd edim ki, mədəniyyət və incəsənət sahəsində fərdi hadisələr də xüsusi diqqətdə olmalıdır. Məsələn, çoxlu bəstəkarlar ola bilər, amma bir Üzeyir Hacıbəyli istedadı millətin mədəniyyətini dünyaya təqdim edir. Çoxlu şair ola bilər, amma bir Səməd Vurğun ədəbiyyatımızı müəyyən səviyyəyə qaldırıb. Yəni bu sahədə fərdi özünəməxsusluğun, fərdi istedadın qiymətləndirilməsi vacibdir. Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə necə diqqət göstərilməsinin nümunəsini aşılayıb. Bu gün Azərbaycan dövləti bu diqqət və qayğını həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondu mədəniyyətimizin qorunması və dünyada təbliğ olunması istiqamətində böyük layihələrin təşkilatçısı kimi çıxış edir. Ümumiyyətlə, bütün bunlar mədəniyyət sahəsində mükəmməl qanun hazırlanmasına imkan verir. Biz elə qanun qəbul etməliyik ki, gələcək dövr üçün bizim mədəniyyət həyatımızı idarə edə bilsin”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az