Mədəniyyət xadimlərinə fəxri ad mükafatları verildi

Mədəniyyət xadimlərinə fəxri ad mükafatları verildi

Mayın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Vətəninfo.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib.
Sonra ölkə Prezidentinin 18 dekabr 2014-cü il sərəncamı ilə “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət xadimi”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim edilib. Həmçinin Prezidentin 25 iyun 2014-cü il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rəfiqə Cəfərovaya, ölkə başçısının 29 mart 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na layiq görülmüş Şəfiqə Məmmədovaya mükafatlar təqdim edilib.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin 26 dekabr 2014-cü il tarixli əmrinə əsasən “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuş şəxslər də mükafatlandırılıblar.
Təltif olunanlardan Xalq artisti Şəfiqə Məmmədova, Rəfiqə Cəfərova, xalq artistləri Könül Xasıyeva,  Ənvər Sadıqov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az