Medvedyev Ermənistana, Serj Sərkisyan isə ABŞ-a gedir
Rusiyanın Baş naziri Dmitiri Medvedyev aprelin 7-də Ermənistana səfər edəcək.
Bu barədə Ermənistanın Baş naziri Ovik Abramyan məlumat verib.
Abramyanın sözlərinə görə, paytaxt İrəvanda aprelin 8-də Avrasiya İqtisadi Şurasına üzv dövlətlərin baş nazirlərinin görüşü olacaq.
Medvedyevin görüşü ərəfəsində təbii qaz tədarükünə dair məsələ də müzakirə olunacaq. Maraqlı orasıdır ki, bir neçə gündən sonra Serj Sərkisyan ABŞ-a yollanmaq niyyətindədir. Bu barədə «Ermənistan xəbərləri» portalına istinadən məlumat yayılıb.
Belə ki, Ermənistan prezidenti martın 16-da Kipr universitetinin müəllim və tələbə heyəti qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, digər tədbirlər sırasında Massaçusets texnoloji universitetində Amerikadakı erməni alimlər və tələbələrlə böyük görüşün keçirilməsi də nəzərdə tutulur.
Miq.az