Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri 9 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti uzunmüddətli başçəkmə həyata keçiriblər. Jmbudsman Aparatından “Vətəninfo”ya verilən məlumata görə, məqsəd həmin qrupun 9 saylı CÇM-ə əvvəlki başçəkmələr zamanı müəssisə rəhbərliyinə verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması, məhkumlarla rəftarın və saxlanma şəraitinin yoxlanılması, eyni zamanda CÇM-də saxlanılan şəxslərin qəbul edilməsi olub. Bu müəssisədə 217 məhkum saxlanılır. Onlar hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, sabiq hərbi qulluqçular, habelə digər cəzaçəkmə müəssisələrində həyatları üçün təhlükə yarana biləcək məhkumlardır. Həmin məhkumlardan 10 nəfəri əlil, 5-i isə əcnəbidir. Başçəkmə zamanı müəssisədə 30-dan artıq məhkum təklikdə, konfidensial şəkildə qəbul edilib, söhbət zamanı saxlanma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı onların narazılığının olmadığı müəyyənləşdirilib. CÇM-in tibb hissəsində yalnız bir nəfər həkimin fəaliyyət göstərməsi narahatlıq doğurub. Eyni zamanda müəssisə rəhbərliyinə CÇM-də məhkumların sayına müvafiq olaraq, sanitar qovşağının uyğunlaşdırılması edilib.Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə nazirinə məlumat verilib.
Əli
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?