Məhkəmə Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi

Məhkəmə Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

Axar.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib”.

Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi tərəfindən G-82 kodunun ləğvi ilə bağlı irəli sürülən müraciət əsasında İstanbul Valiliyinə sorğu göndərilib.

O qeyd edib ki, G-82 kodu terror təşkilatına üzvolma şübhəsinə görə verilib.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az