Məhkəmədə DAVA düşdü: "Yaxşı etmişəm, öldürmüşəm"

Məhkəmədə DAVA düşdü:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində qalmaqal baş verib.

Miq.az-ın Trend-in məlumatına istinadən verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Seyfura Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb.

Məhkəmə zalında təhqiramiz ifadələrin ardınca, əlbəyaxa dava düşüb. Qalmaqal zamanı təqsirləndirilən Elşən İsmayılov əsəblərini cilovlaya bilməyib və "Yaxşı etmişəm, öldürmüşəm" deyə söyləyib.

Məhkəmə nəzarətçiləri prosesə müdaxilə etməyə məcbur olublar.

Məhkəmədə fasilə elan olunub.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az