Mehman Hüseynovun həbsxanada vəziyyəti ağırlaşdı
Bloger əməliyyat olunmalıdır
Bloger Mehman Hüseynovun əməliyyat olunması üçün Penitensiar Xidmətə müraciət ediləcək.
İstiPress-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə məlumat verib.
Vəkilin sözlərinə görə, Mehmanın həbsdən öncə sağlamlığı ilə bağlı mövcud olan bəzi problemlərin həlli həbsxana şəraitində daha da aktuallıq kəsb etməyə başlayıb: "Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşaiyət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir. Biz məsləhətləşdik, hesab edirəm ki, blogerin əməliyyat olunmasına ehtiyac var. Bununla əlaqədar olaraq lazımi hüquqi prosedurları başladacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik"
Qeyd edək ki, martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Miq.az