Mehriban Əliyeva məcburi köçkünləri sevindirdi

Mehriban Əliyeva məcburi köçkünləri sevindirdi
Bakıda yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərq hissəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Miq.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.

Xatırladaq ki, M.Əliyeva hələ mart ayında keçirdiyi iclasda məqsədin insanları normal yaşayış yeri ilə təmin etmək olduğunu açıqlamışdı. 

"Bu gün məcburi köçkün və qaçqınları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir". İclas Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdu.

  Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az