"Məktəb şagirdləri kimi ermənilərə yenidən Azərbaycan tarixinin həqiqətlərini öyrətmək lazımdır"

Azərbaycan öz torpağında vuruşur. İşğal olunan torpaqlarını azad etmək istəyir. Bu torpaqlar tarixən Azərbaycanındır.
Miq.az bildirir ki, bu sözləri akademik, yazıçı və tarixçi Petre Qoçakidze APA-ya açıqlamasında deyib. O bildirib ki, tarixi həqiqəti bərpa etməyin vaxtı çatıb: "Bu, hansı həqiqətdir? Qoy, onu erməni tarixçiləri, siyasətçiləri gedib arxivlərdən tapıb, oxusunlar. Tarixi həqiqət öz yerini taparsa, münaqişəni tənzimləmək mümkündür. Kimsə suyu bulandırırsa, artıq münaqişəni tənzimləmək lazımdır. Yenə təkrar edirəm, bu münaqişənin tarixi barədə həqiqətlər meydana çıxsa, məsələni tənzimləmək çətin deyil. Tarixi oxumaq lazımdır. Ermənilər tarixi həqiqətləri oxumaq istəmirlər. Oxumalıdırlar. Məktəb şagirdləri kimi ermənilərə yenidən Azərbaycan tarixinin həqiqətlərini öyrətmək lazımdır. Düşünürəm ki, bu, tarixi yalnız ermənilərə yox, münaqişəni tənzimləmək istəyən siyasi dairələrin, güclü dövlətlərin rəhbərlərinə və rəsmilərinə də xatırlatmaq lazımdır. Əgər onlar tənbəllik edib oxumaq istəmirlərsə, Azərbaycan alimləri bunu özləri etməli və onları başa salmalı, hansı yollasa tarixi həqiqətləri onlara aşılamalıdırlar".
 
Akademik Qoçakidze  son günlər Dağlıq Qarabağda baş verən hadisələr barədə gürcü cəmiyyətinə kifayət qədər informasiyanın ötürüldüyünü söyləyib: "Qəzetlər, saytlar və televiziyalar Azərbaycan prezidentinin və müdafiə nazirinin çıxışları barədə məlumat yayımlayırlar. Biz bu informasiyalarla tanış olur və hadisələrin gedişini yaxından izləyirik. Gürcülər də azərbaycanlılar kimi narahatlıqlarını bildirirlər. Biz Qafqazda yaşayırıq. Bizim dərdimiz, sevincimiz birdir. Bizim hakimiyyət vasitəçi rolunu təklif edib. Ancaq Gürcüstan kiçik və o qədər də güclü deyil. Bizim dövlət yalnız təkliflər verə bilər".
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az