Məktəbin qapısında yaşanan izdiham - Görüntülər Bakıdandır+VİDEO

 Məktəbin qapısında yaşanan izdiham - Görüntülər Bakıdandır+VİDEO

Təsəvvür edin, yüzlərlə şagird məktəbə dar bir qapıdan girib-çıxır.

O şagirdlərin arasında 6 yaşlı olanı da var, 17 yaşlı olanı da. Halbuki məktəbin böyük bir giriş qapısı var, ancaq istifadə olunmur. Söhbət paytaxtdakı 158 saylı orta məktəbdən gedir.

Biri daşın üstünə çıxıb çağırır. Digəri isə qələbəliyin içərisindən övladını axtarır.

İlk baxışdan hər hansı bir aksiya təsiri bağışlasa da, əslində bura toplaşanlar valideynlərdir. Onların tək istəkləri uşaqlarını xəsarət almadan sinif otağına yollamaqdır.

Görüntülər paytaxtın Yasamal rayonunda yerləşən 158 nömrəli tam orta məktəbdəndir. Şagirdlərin məktəbə giriş-çıxışı əsl problemə çevrilib. İbtidai sinif şagirdlərinin giriş-çıxışlarının əsas girişdən yox, bu balaca qapıdan təmin olunması valideynləri özlərindən çıxarıb.

Səhər növbəsi dərsdən çıxarkən ikinci növbənin də dərsə girməsi vəziyyəti bir az daha pisləşdirir. Valideynlər uşaqların buna görə də dərsə gecikdiklərini deyirlər.

Valideynlər ibtidai siniflər üçün ayrılan korpusda iki qapı olsa da, yalnız birinin istifadəyə açılmasını məntiqə uyğun hesab etmirlər. Məktəb direktoruna dəfələrlə müraciət etsələr də, məsələnin həll olunmadığını deyirlər.

Məktəbdən verilən məlumata görə isə, uşaqların təhlükəsizliyi baxımından bu addım atılıb. Vəsait olmadığından məktəbin təhlükəsizliyini təmin etmək üçün əlavə işçi cəlb edə bilmirlər. Ona görə də yalnız bir qapıdan istifadə olunur.

Amma bu kadrlardan görünür ki, məktəbin dəhlizində də kifayət qədər sıxlıq yaşanır./Xezer xeber/
[video=http:// ]
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az