Məğlub olsaq, nə Rusiya qalacaq, nə də dünya... - Duqin

Məğlub olsaq, nə Rusiya qalacaq, nə də dünya... - Duqin

Bu hərbi əməliyyat bizim üçün ölüm-qalım məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu ola bilməz. Əgər olsa, nə Putin, nə Rusiya, nə də dünya olacaq.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı filosof Aleksandr Duqin "Əl-Cəzirə" kanalına müsahibəsində deyib.

"Çünki hər şeyi riskə atdıq. Nüvə hücumu ilə üzləşsək, NATO müharibəyə müdaxilə etsə, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmalı olacağıq. Rusiya olmasa, bəşəriyyət də ola bilməz. Bu dünyada yaşamaq istəyirsənsə, böyük və müstəqil Rusiyanı qəbul etməlisən. Tariximizin hər mərhələsində qalib gəlməyi bacarmışıq. Dəyərsiz hər kəs öləcək. Putini məğlub olan Qorbaçov və Yeltsinlə müqayisə etdikdə, nəticə çox şey deyir. Zəif və axmaq liderlərimiz olduğu kimi, böyük və cəsur liderlərimiz də ola bilər", - Duqin bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az